İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
2-10-2024, 18:57
İsrailin "Dəmir Günbəz"i ən qabaqcıl hava hücumundan müdafiə sistemlərindən biri kimi xarakterizə edilir.
"Cebheinfo.az" xəbər verir ki, hava hücumundan müdafiə sistemi xüsusi olaraq HƏMAS və "Hizbullah"ın qısamənzilli raket hücumlarının qarşısını almaq üçün hazırlanıb.
Lakin ötən gecə həyata keçirilən hücumda İran tərəfindən atılan çox sayda raketin "Dəmir Günbəz"dən keçərək İsrail ərazisinə düşdüyü deyilir..
İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bombardmanda ilk dəfə hipersəsli "Fəttah 1" raketlərindən istifadə etdiyini və raketlərin 90 faizinin İsraildəki hədəfləri vurduğunu açıqlayıb.
Hücum bütün dünyada böyük əks-səda doğursa da, hər kəsi bir sual düşündürüb. İran İsrailin hava hücumundan müdafiə sistemi olan "Dəmir Günbəz"dın necə yanınıb?
İddialara görə, hücumun ilk mərhələsində nisbətən yavaş hərəkət edən adi raketlər atılıb. Belə ki, İran bu raketləri məhv etmək üçün "Dəmir Günbəzin reaksiyasını gecikdirib və bu arada hipersəs raketləri ilə İsrailə hücum edib.
"Dəmir Günbəz" digər raketləri məhv etmək üçün mübarizə apararkən, İran hipersonik raketlərlə İsrailin hava məkanına daxil olub.
İran mediası Tehranın hücumlarda yeni “Fəttah-1” raketindən istifadə etdiyini yazıb.
Tehran "Fəttah-1"-i hipersəs raketi kimi təqdim edir. Yəni, bu raket saatda 6100 kilometr sürətlə hərəkət edə bilir.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun elmi işçisi Fabian Hinzin sözlərinə görə, "Fettah-1" daha təkmil silahdır.