Avropa Parlamentində Orban sərt tənqid edildi: Baş nazirə ittihamlar səsləndirilib
10-10-2024, 18:24
Ursula fon der Leyen: “Onlardan soruşmaq istəyirəm: 1956-cı ildə Sovet işğalına görə macarları günahlandıracaqlarmı?”
Avropa Komissiyasının (Aİ) rəhbəri Ursula fon der Leyen Avropa Parlamentinin Strasburqda keçirilən iclasında Macarıstanın Baş naziri Viktor Orbanın siyasətini kəskin tənqid edib. AYNA xarici mediaya istinadən bildirir ki, Leyen Macarıstanın hazırkı rəhbərliyini Ukraynanı dəstəkləməkdən imtina etməkdə, iqtisadi səriştəsizlikdə, xarici təsir üçün boşluqlar açmaqda və tarixi uğursuzluqda ittiham edib.
Leyen 1956-cı ildə SSRİ qoşunlarının Macarıstanı işğal etməsini və Stalin rejiminə qarşı üsyanın yatırılmasını xatırladıb: “Hələ də bu müharibəni hücum edəndə deyil, hücuma məruz qalanlarda, Putinin hakimiyyətini deyil, Ukraynanı azadlıq uğrunda mübarizəsində günahlandıranlar var. Onlardan soruşmaq istəyirəm: 1956-cı ildə Sovet işğalına görə macarları günahlandıracaqlarmı?”.
Leyenin çıxışından əvvəl Viktor Orban Avropa Parlamentində çıxış edərək hazırkı Avropa İttifaqına sədrlik edən ölkə kimi Macarıstanın prioritetlərindən danışıb. Adətən belə hesabatlar formal xarakter daşıyır, lakin Orbanın çıxışı parlamentarilərin sərt reaksiyasına səbəb olub.
Macarıstanın Baş naziri Avropa İttifaqının böhran astanasında olduğunu, onun rəhbərliyini iqtisadi durğunluqda, ekoloji siyasətin sənayenin maraqlarına qarşı yönəldiyini, Rusiyanın enerji resurslarından imtinasının qiymətlərin artmasına səbəb olduğunu bildirib. Baş nazir həmçinin miqrasiya siyasətinin mümkün qədər sərtləşdirilməsini tələb edib.
Leyen Orbana cavab verərək deyib ki, Rusiyanın enerji resurslarından imtina təkcə sanksiyalarla deyil, həm də yaxşı gedən “yaşıl” enerji mənbələrinə keçid istiqamətində ümumavropa tendensiyası ilə bağlıdır. Orbanın miqrasiyanın qarşısını almaq üçün təklif etdiyi tədbirlərə gəlincə, AK rəhbəri qeyd edib ki, “Aİ-dən kənarda sığınacaq axtaranlar üçün düşərgələrin tikintisi həll yolu deyil, problemi qonşunun hasarının üstündən atmaq” lazımdır. Leyen xatırladıb ki, Macarıstan keçən il məhkum olunmuş qaçaqmalçıları və insan alverçilərini həbsdən vaxtından əvvəl azad edib, Çin kəşfiyyat xidmətlərinə öz ərazisində fəaliyyət göstərməyə icazə verib və indi də sanksiyalardan yan keçərək Rusiya vətəndaşlarını təhlükəsizlik yoxlamaları olmadan Macarıstana gəlməyə dəvət edir.
Avropa Parlamentində Orbanın çıxışı parlamentarilərin yalnız bir hissəsi tərəfindən alqışlarla qarşılanıb. Digərləri isə Macarıstan rəhbərliyini korrupsiyada ittiham edən plakatlar nümayiş etdirib, antifaşist mahnılar oxuyublar.