Böyük Britaniya İran şirkətlərinə sanksiya tətbiq edib

Bu gün, 17:38           
Böyük Britaniya İran şirkətlərinə sanksiya tətbiq edib
Böyük Britaniya bazar ertəsi günü İrana qarşı sanksiyalar tətbiq edib.

Bu sanksiyalar İslam Respublikası Aviasiya Şirkətinin (Iran Air) və İslam Respublikası İran Gəmi Xətləri (IRISL) dövlət müəssisələrinin Rusiyaya ballistik raketlərin transferində iştirak etdikləri üçün həyata keçirilib.

Böyük Britaniya İran Air və IRISL-nin Rusiya ilə əlaqədar olaraq Ukrayna əleyhinə müharibədə silah tədarükündəki roluna görə aktivlərinin dondurulacağını açıqlayıb.

Britaniyanın Xarici İşlər Naziri Devid Lammi “İranın qlobal təhlükəsizliyi pozmaq cəhdlərini təhlükəli və qəbulolunmazdır” adlandırıb. O deyib ki, İranı Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsinə dəstəyini dayandırmağa çağırırıq.

Sanksiyalar İran Air-in Böyük Britaniya ilə birbaşa kommersiya hava xidmətlərini daha da məhdudlaşdıracaq.

Böyük Britaniya həmçinin Rusiya üçün hərbi təminatları daşıyan PORT OLYA-3 adlı yük gəmisini sanksiyaya məruz qoyub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.