Bakıdakı ərəb turistlərin şok İŞİD əməliyyatı - Sensasiya

29-09-2016, 09:07           
Bakıdakı ərəb turistlərin şok İŞİD əməliyyatı - Sensasiya
Azərbaycana gələn ərəb turistlər arasında vəhabiliyin təbliğatı ilə məşğul olanlar var

Onların fəaliyyət istiqaməti həm də maliyyə resursları müstəvisində fokuslanıb. Artıq hüquq-mühafizə orqanları təlimatlandırılıb.

{lkəyə turist adı altında soxulan ərəb missionerləri dini radikalizmin güclənməsinə təkan vermək üçün müəyyən işlər həyata keçirir.

Onlar Bakıda bəzi dairələrlə və əlaqələri olan təriqətçi şəbəkələrlə görüşlər keçirir. Ancaq diqqət çəkməmək üçün şəhərin bahalı otellərində qalırlar, restoranlarına gedirlər, əyləncə mərkəzlərinə üz tuturlar.

Ərəb missionerlərinin məqsədi Azərbaycanda vəhabiliyin inkişafı və xəvariclərin artmasıdır. Məsələ ən yuxarı eşelonda müzakirə olunub və güc strukturları, o cümlədən sərhəd xidmətinin işi gücləndirilib.

Doğrudur, ərəb turistlərin Bakıya axını nisbətən azalıb. Havaların dəyişməsi ilə əlaqədar turistlərin seyrəkləşdiyi müşahidə olunur.

Bununla belə, onlar paytaxtda olduğu müddətdə müəyyən işlər görə biliblər və adamlarını təlimatlandırıblar.

teref.az yazır ki, politika.az-ın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin bu barədə verdiyi açıqlama da kifayət qədər ciddi mesajdır.

Şeyxin sözlərinə görə, Azərbaycana turist kimi gələn, amma dini məsələlərə qarışan qonaqlar diqqətdə saxlanmalıdır.

Məlum olduğu kimi, ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı 8 dəfə artıb. Yəqin Paşazadə da ehtiyat edir ki, bu statistika vəhabiliyin populyarlaşmasına gətirib çıxara bilər.

Şeyxdən sitat: “Elə qonaqlar olur ki, dini işlərə qarışır. Təriqət məsələlərini qabartmaq və qarışıqlıq salmaq istəyirlər. Buna yol vermək olmaz. Onlar Azərbaycanda qarışıqlıq salmaqla fəlakətə səbəb olacaqlarsa, gətirdikləri sərmayə lazım deyil”.

QMİ sədrinin çıxışından belə aydın olur ki, ərəb turistləri Bakıya məqsədli şəkildə gəlirlər. Onlar Azərbaycanda torpaq sahələrinə, bahalı evlərə, villalara sahiblənirlər.

Bununla ölkəmizdə kök salmaq, mənzillənmək və dayaqlarını gücləndirməyi hesablayıblar. Şeyxin həyəcan təbili də hüuq-mühafizə orqanlarına ünvanlanıb.

Çünki son illərdə Səudiyyə Ərəbistanının siyasətində təriqətçiliyin təbliği əsas silahdır. Rəsmi Riyad hakimiyyəti müxtəlif ölkələrdə sələfiliyi, habelə daha radikal cərəyan olan xəvaricliyi təbliğ edir.

Bunun üçün maliyyə və insan resursları işə salınır. El arasında vəhabilik adlanan bu təriqət üzvləri əsasən Suriya və İraqda gedən döyüşlərdə iştirak edirlər.

Azərbaycandan da xeyli sayda ekstremist ərəb ölkələrindəki qanunsuz silahlı birləşmələrə qoşulanlar olub. Qeyd edək ki, həmin qüvvələrə daha çox İŞİD-də üstünlük təşkil edir.

QMİ sədrinin narahatlığı əsaslıdır və görünür ki hansısa mərkəzdən aldığı siqnal yaxud səhih informasiyaya söykənərək belə bir açıqlama ilə çıxış edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.