Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”

Bu gün, 15:18           
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Aktivlərinə görə ölkənin ən böyük maliyyə-kredit qurumlarından biri olan Böyük Britaniyanın HSBC Rusiya və Belarusdan ödənişləri qəbul etməyi dayandırıb.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bank öz müştərilərinə qadağanın fiziki şəxslərə və iki ölkədən daxil olan istənilən əməliyyatlara şamil ediləcəyi barədə xəbərdarlıq göndərib.

Hələ ötən ilin yayından etibarən HSBC bankın Honq-Konq filialından Asiya ilə əməliyyatlarda istifadə edən Rusiya şirkətləri üçün ödənişlərə xidmət göstərməyi dayandırıb. Məhdudiyyətlər Amerika rəsmilərinin Honq-Konqa səfərindən və sanksiyaya məruz qalan malların tədarükünün Rusiyada qalmasını tələb etməsindən sonra tətbiq olunub.

HSBC yeni ödəniş qadağası üçün heç bir səbəb göstərməsə də, bu qərar ABŞ-nin Rusiyaya qarşı maliyyə sanksiyalarını sərtləşdirməsindən bir gün sonra, 50 Rusiya bankını, o cümlədən dövlətə məxsus Qazprombankı “qara siyahı”ya salmasından sonra verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.