İlham Əliyev Ziya Məmmədovun qudasını da bitirir

2-10-2016, 21:39           

Xəbər verdiyimiz kimi, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən çıxarılıb.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” sərəncamında əksini tapıb.

Azərbaycan prezidentinə Cəmiyyətin Nizamnaməsinin və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi səlahiyyəti verilib.

Kənd təsərrüfatı naziri Heydər Əsədov nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır. Son 1 ildə Ziya Məmmədovun demək olar ki, bütün səlahiyyətləri alınıb və faktiki portfelsiz nazirə çevrilib.

Hakimiyyətdəki mənbələrdən istiqlal.az-a verilən məlumata görə, eyni aqibət Z.Məmmədovun qudasını da gözləyir. Yaxınlarda Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan "Aqrolizinq" ASC və başqa təsisatların da nazirliyin tabeçiliyindən çıxarılması gözlənilir. Qısa müddətdə H.Əsədov da portfelsiz nazirə çevriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru