"Reuters" Əsədin ölümü ilə bağlı saxta xəbəri təkzib etməlidir - Rusiya XİN rəsmisi

9-12-2024, 16:44           
"Reuters" Əsədin ölümü ilə bağlı saxta xəbəri təkzib etməlidir - Rusiya XİN rəsmisi
Rusiya XİN-in sözçüsü qeyd edib ki, Bəşər Əsədin təyyarə qəzasında həlak olmasına dair məlumat Qərbin canfəşanlıqla mübarizə apardığı feyklərin yayılmasıdır.
"Reuters" Əsədin ölümü ilə bağlı saxta xəbəri təkzib etməlidir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Maraqlıdır, Əsədin ölümünü xəbər verən “Reuters“ agentliyi özünü təkzib edəcəkmi? Axı bu, Qərbin canfəşanlıqla mübarizə apardığı feyklərin yayılmasıdır" - Rusiya XİN-in sözçüsü "Telegram" kanalında yazıb.
Qeyd edək ki, "Reuters" agentliyi Bəşər Əsədin təyyarə qəzasında həlak olmasına dair məlumat yayıb.
Lakin dekabrın 8-də aşxam saatlarında RİA Novosti Kremldəki mənbəyə istinadən Bəşər Əsədin ailəsi ilə birlikdə Moskvada olduğunu və Rusiyanın ona siyasi sığınacaq verdiyini açıqlayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru