İran Əsədin köməyinə niyə gəlmədi? - “The Wall Street Journal” səbəbi açıqlayıb

9-12-2024, 11:30           
İran Əsədin köməyinə niyə gəlmədi? - “The Wall Street Journal” səbəbi açıqlayıb
İran İsrailin hərbi əməliyyatlarından ehtiyatlandığı üçün Suriyanın keçmiş prezidenti Bəşər Əsədə ölkədəki terrorçuların hücumunun qarşısını almaqda kömək etməyib. Söhbət aviazərbələrdən egdir.
Bu fikirlər ABŞ-nin “The Wall Street Journal” qəzetində dərc olunan məqalədəndir. Nəşr özünün mənbələrinə istinad edib.

“İran rəsmiləri Əsədi üsyançıların hücumuna hazırlaşmamaqda günahlandırıb. Onlar bildiriblər ki, rəsmi Tehran məhz İsrail amilinə görə hərbi dəstək nümayiş etdirə, bölgəyə qüvvələr göndərə bilmir”, - mənbə qeyd edib.

“The Wall Street Journal” yazır ki, Suriya rəsmiləri İranın yardım göstərmək əvəzinə İslam İnqilabı Keşikçiləri Korpusuna və ona bağlı silahlı qruplara döyüşlərə müdaxilə etməməyi əmr edib.

Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.

AzVision.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.