Əsəd devrilməmişdən əvvəl ABŞ ilə razılaşmadan imtina edib

10-12-2024, 10:18           
Əsəd devrilməmişdən əvvəl ABŞ ilə razılaşmadan imtina edib
Suriyanın artıq keçmiş prezidenti Bəşər Əsəd devrilməmişdən əvvəl ABŞ-nin sanksiyalarının tədricən ləğvi qarşılığında Tehrana logistik yardımı dayandırmaq təklifini rədd edib.

Bu barədə “The Washington Post” qəzeti Suriyanın keçmiş diplomatı Bəssam Bərəbəndiyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, aktiv hərbi əməliyyatların başlamasına bir neçə həftə qalmış Vaşinqton BƏƏ-nin vasitəçiliyi ilə Əsədə “Hizbullah”ın təminatı üçün Suriya ərazisindən istifadənin qadağan olunmasını etməyi təklif edib.

Bunun müqabilində isə amerikalılar Suriyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvini vəd ediblər. Lakin Əsəd bu təklifi rədd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru