Maliyyə Nazirliyi: "Hərbi xərcləri detallı şəkildə açıqlamaq mümkün deyil"

3-10-2016, 10:17           

Gələn il müdafiə xərcləri ilə bağlı bir sıra jurnalist həmkarlarımız, eləcə də bəzi ekspertlər (bilərəkdən, bilməyərəkdən) səhvə yol verərək bu istiqamətdə xərclərin ciddi şəkildə azaldıldığını yazırlar.

Maliyyə Nazirliyi bildirir ki, 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsində Müdafiə və təhlükəsizlik xərcləri Dövlət büdcəsi xərclərinin funksional təsnifatında təkcə müdafiə bölməsində deyil, digər xərc bölmələrində də nəzərdə tutulmuşdur. Ona görə də Maliyyə Nazirliyinin saytında yerləşdirilmiş “2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı”nın 41 ci səhifəsində qeyd olunan ümumi rəqəm reallığı əks etdirir (Müharibə şəraitində yaşayan dövlətimizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsi xərclərinə 2017-ci ilin dövlət büdcəsi xərclərinin 17,4 faizi həcmində və ya 2,9 milyard manat vəsait nəzərdə tutulmuşdur ki, bu da cari illə müqayisədə 187,0 milyon manat və ya 6,9 faiz çoxdur).

Eyni zamanda nəzərə alınmalıdır ki, Dövlət sirri haqqında qanuna əsasən, təhlükəsizlik və müdafiə xərclərini detallı şəkildə açıqlamaq mümkün deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.