"Cənubi Qafqazda sülhə tam yaxınlaşdıq"

13-12-2024, 12:14           
"Cənubi Qafqazda sülhə tam yaxınlaşdıq"
Orban Trampla görüşdən sonra Putinlə telefonla danışdı, indi də qardaş Türkiyəyə səfər edib cənab Ərdoğanla görüşəcək. Çox güman, Trampın mesajlarını çatdıracaq və Ukrayna-Rusiya müharibəsinin dayandırılması üçün 2022-ci ildə razılaşdırılmış, sonradan Qərb tərifindən pozulmuş "İstanbul sənədləri" yenidən gündəmə gələcək - çünki, hələlik üzərində işlənməsi mümkün olan yeganə sənəd budur.
Amma, bu münaqişədə sülh, atəşkəs bir az zaman alacaq, Trampa isə hakimiyyətə gələn kimi, "mən dünyaya sülh gətirirəm", mesajı vermək istəyir. Düşünürəm ki, bunun üçün ən ideal vəziyyət Azərbaycan-Ermənistan məsələyində yaranıb. İşin içində Orban və Erdoğan varsa, bu ehtimal daha da artır. Türkiyə rəsmilərinin bu günlərdə, "Cənubi Qafqazda sülhə tam yaxınlaşdıq", mesajı da bununla bağlıdır.
Fikrimcə, Trampın prezident kimi ilk səfərlərindən biri Türkiyəyə olacaq, bu səfər çərçivəsində Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında sənədlər imzalanacaq (yeri gəlmişkən, bir neçə həftə əvvəl hər iki ölkə geniş tərkibli görüş keçiriblər), Tramp, Ərdoğan, Əliyev və Paşinyan eyni fotoda yer alıb, "Cənubi Qafqaza sülh gəldi", mesajını verəcəklər.
Bu addın Tramp üçün çox yaxşı başlanğıc, vəədlərinin əməli, Cənubi Qafqaz üçün isə, İnşallah, Türkiyənin ağsaqqalığlnda sülh dövrünün başlanğıcı olacaq.
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.