Rusiya suriyalı müxaliflərlə razılaşmaya yaxındır - Hərbi bazalar qala bilər
13-12-2024, 08:44
Rusiya Suriyanın yeni hakimiyyəti ilə bu ölkədəki hərbi bazalarını saxlamaqla bağlı razılığa yaxındır. İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Hazırda Rusiyanın Suriyada iki hərbi bazası mövcuddur: Hmeymim hava bazası və Tartusdakı hərbi-dəniz bazası. Xüsusilə, Tartusdakı baza Rusiyanın Aralıq dənizindəki yeganə hərbi-dəniz bazasıdır.
Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl hərbi bazaların toxunulmazlığını Suriyadakı əsas prioritetlərindən biri adlandırmışdı.