ABŞ Ukraynanı Ottava Konvensiyasını pozmağa təşviq edir - Rusiya XİN

13-12-2024, 17:44           
ABŞ Ukraynanı Ottava Konvensiyasını pozmağa təşviq edir - Rusiya XİN
Rusiya XİN rəsmisi bildirib ki, bu, ABŞ-ın Ottava Konvensiyasına münasibətdə ikiüzlülüyünün və ikili standartlar siyasətinin bariz nümunəsidir.
ABŞ Kiyevə piyada əleyhinə minalar verməklə Kiyev rejimini Ottava Konvensiyasından irəli gələn öhdəlikləri pozmağa təşviq edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Birləşmiş Ştatlar öz hərəkətləri ilə Kiyev rejimini sözün əsl mənasında Ottava Konvensiyasından irəli gələn öhdəlikləri pozmağa təşviq edir, halbukiUkrayna 2005-ci ildən bu sənədin iştirakçısıdır", - Zaxarova brifinqdə deyib.

Diplomat əlavə edib ki, Kambocada Piyadalara Qarşı Minaların Qadağası Konvensiyasına üzv ölkələrin bu yaxınlarda keçirilmiş konfransı fonunda Vaşinqtonun bu cür addımları beynəlxalq hüquqi sənədlərə, o cümlədən Ottava Konvensiyasına münasibətdə ikiüzlülüyünün və ikili standartlar siyasətinin bariz nümunəsidir.
Bundan əvvəl Pentaqon rəhbəri Lloyd Ostin ABŞ-ın Ukraynaya piyada əleyhinə minalar verməyə başladığını təsdiqləyərək, bu addımın Rusiya qoşunlarının taktikasına cavab olaraq atıldığını bildirib. Ukrayna piyada əleyhinə minaların istifadəsini, yığılmasını və istehsalını qadağan edən Ottava Konvensiyasını 2005-ci ildə ratifikasiya edib. Rusiya və ABŞ konvensiyanın tərəfləri deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru