Paşinyan: "SSRİ dövründəki sərhədləri tanımamğımız dövlətçilikdən imtinaya bərabərdir"

13-12-2024, 09:18           
Paşinyan: "SSRİ dövründəki sərhədləri tanımamğımız dövlətçilikdən imtinaya bərabərdir"
Ermənistanın SSRİ dövründə mövcud olan sərhədlərdən imtina etməsi suverenlik və dövlətçilikdən imtina etmək deməkdir.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan feysbuk səhifəsində paylaşım edib.

"Açıq deməliyəm ki, belə yanaşma Ermənistan üçün çox təhlükəlidir. Çünki SSRİ dövrünün xəritələrindən imtina etmək dövlətçilik və müstəqillikdən imtina etmək deməkdir. Ona görə ki, biz müstəqilliyimizi Sovet Ermənistanı ərazisində əldə etmişik və beynəlxalq ictimaiyyət bizi belə tanıyıb. Beynəlxalq səviyyədə tanınmış ərazimizə sədaqət təhlükəsizlik üçün vacibdir və bizim üçün bufer rolunu oynayır", - N.Paşinyan bildirib.

O vurğulayıb ki, əgər Ermənistan vətəndaşları özləri beynəlxalq səviyyədə tanınmış ərazini tanımırlarsa, bununla başqalarına da onu tanımamaq imkanı verirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru