Diktatorların qeyri-adi əməlləri ilə bağlı çox yazılıb

14-12-2024, 11:14           
Diktatorların qeyri-adi əməlləri ilə bağlı çox yazılıb
Görünür ki, Bəşər Əsəd təkcə ölkəsində qurduğu həbsxana rejiminin unikallığı ilə deyil, kordinat satmaqla da yaddaşlarda qalacaq
İsrailin fürsətdən istifadə edərək Suriyaya endirdiyi dəqiq hava hücumlarının sirri ilə bağlı dünya mediasında yazılar dərc olunur.
İsrail odusunun Suriyadakı hərbi obyektlərə, silah-sursat və raket anbarlarına, strateji yerlərə dəqiq zərbələr endirməklə Dəməşqin 20 km-nə çatmasının elə Əsədin sayəsində mümkün olduğu bildirilir.
Belə ki, Əsəd ölkədən qaçdığı təyyarənin toxunulmazlığı qarşılığında İsrailə strateji obyektlərin kordinatları olan xəritəni də verdiyi bildirilir. Yəni ağlasığmaz sövdələşmə olub.
Görünür ki, bu regionda Türkiyənin önə çıxması bu tip sövdələşməni də zəruri edib.
Bunun da sayəsində İsrail artıq Suriyanın bu hissəsinə nəzarət etməkdə və bu ölkənin hərbi gücünü də tam sıfırlamaqdadır.
Görünən odur ki, İsrail yalnız texnologiyada və innovasiyalarda deyil, fürsətcillikdə də öndədir.
Osman Gunduz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru