Zurabişvili prezident sarayını tərk etməkdən imtina edib

14-12-2024, 09:06           
Zurabişvili prezident sarayını tərk etməkdən imtina edib
Gürcüstan Prezidenti Salome Zurabişvili dekabrın 29-da səlahiyyət müddəti başa çatdıqdan sonra prezident sarayını tərk etməyəcəyini bildirib.

Bu barədə "İzvestiya"ya istinadən xəbər verir.

"Mən heç yerə getmirəm. Mən heç kimi tərk etməyəcəyəm. İnsanlar həmişə bu barədə məndən soruşurlar. Mən burada qalacağam", - Zurabişvili bildirib.

Xatırladaq ki, Zurabişvilinin səlahiyyət müddəti dekabrın 16-da başa çatır. Gürcüstanın növbəti prezidenti indiyə qədər olduğu kimi birbaşa deyil, 300 nəfərlik seçki kollegiyası tərəfindən seçiləcək. Seçki dekabrın 14-nə, andiçmə mərasimi isə dekabrın 29-da keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru