Rusiyada SSRİ-nin sabiq rəhbərinin nəvəsi casusluqda ittiham olunur

15-12-2024, 12:04           
Rusiyada SSRİ-nin sabiq rəhbərinin nəvəsi casusluqda ittiham olunur
Rusiya Baş Prokurorluğu SSRİ-nin sabiq rəhbəri Nikita Xruşşovun nəvəsi ilə bağlı casusluqda təhqiqat aparır.

SHOT bildirir ki, Ukraynaya hucumu dəfələrlə pisləyən və Rusiyanın dağılmasından danışan Nina Xruşşovanın istintaqını paytaxt prokurorluğu aparır.

Son 33 ildir ki, Nina Xruşşova ABŞ-da yaşayır, Nyu Yorkdakı New School-da professor kimi çalışır. Onun ulu babası Nikita Xruşşov Sov.İKP MK-nın baş katibi (1953-1964) olub.

Məhz onun dövründə, 1954-cü ildə Krım RSFSR-dən alınaraq Ukraynaya verilib.

Noyabrın sonunda Nikita Xruşşovun böyük nəvəsinin Yekaterinburqdakı Yeltsin Mərkəzində çıxışı sosial fəalların etirazından sonra ləğv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru