Netanyahu Colan təpələri ilə bağlı planı təsdiqlədi

16-12-2024, 09:34           
Netanyahu Colan təpələri ilə bağlı planı təsdiqlədi
İsrailin baş naziri Benyamin Netanyahu Colan təpələrində əhalinin artımını stimullaşdırmağı nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Bu barədə İsrail Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Bu qərar Colan təpələri yaşayış məntəqələrini gücləndirmək, o cümlədən təhsil, bərpa olunan enerji, tələbə şəhərciyinin yaradılması və yeni sakinlərin qəbulunda Regional Şuraya kömək edəcək institusional inkişaf proqramıdır”, - məlumatda bildirilir.

Ofis planın həyata keçirilməsi üçün 40 milyon şekel (təxminən 1,9 milyon manat) ayrılacağını açıqlayıb. Təşəbbüsün məqsədi Colan təpələrinin əhalisini iki dəfə artırmaqdır./Teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru