"Gürcüstanın Aİ-yə daxil olmasının mənası yoxdur" - Mixail Kavelaşvili dibindən baltaladı

16-12-2024, 08:12           
"Gürcüstanın Aİ-yə daxil olmasının mənası yoxdur" -
"Gürcüstanın dəyərləri və adət-ənənələrindən imtina edərək hər hansı bir təşkilata qoşulmasının mənası yoxdur".

Bunu "İmedi" telekanalına müsahibəsində Gürcüstanın yeni seçilmiş Prezidenti Mixail Kavelaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti istənilən məsələ ilə bağlı müzakirələrə açıqdır, lakin Qərbdən müzakirə aparmaq üçün heç bir qarşılıqlı istək yoxdur, sadəcə tənqid var.

"Əgər bizim dəyərlərimiz və xarakterimiz, mədəniyyətimiz, dilimiz, inancımız, olmasaydı, hansısa təşkilata qoşulmağın nə mənası olardı? Biz Avropa Birliyinə olduğumuz kimi üzv olmaq istəyirik, inteqrasiyadan imtina etmirik", - o bildirib.

Kavelaşvili ölkənin hazırkı Prezidenti Salome Zurabişvilinin hökumətlə qarşıdurmasını da dəyərləndirib. O qeyd edib ki, Zurabişvili hökumətin siyasəti ilə razılaşmırdısa, istefa verməli idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru