İsrail və İordaniya Əsədin devrilməsinin nəticələrini gizli müzakirə ediblər

16-12-2024, 09:17           
İsrail və İordaniya Əsədin devrilməsinin nəticələrini gizli müzakirə ediblər
İsrailin yüksəkrütbəli rəsmiləri Bəşər Əsədin Suriyada hakimiyyətdən uzaqlaşdırılmasının nəticələri barədə İordaniya hərbi rəhbərləri ilə gizli danışıqlar aparıblar.

Bu barədə "Axios" məlumat verib.

Danışıqlarda İsraili Daxili Təhlükəsizlik Xidmətinindirektoru Ronen Bar və Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Şlomi Binder təmsil edib. Qeyd olunur ki, onlar İordaniya Baş Kəşfiyyat Xidmətinin rəhbəri Əhməd Hüsni və hərbi komandirlərlə görüşüblər.

"Axios" İsrail rəsmilərinə istinadən yazır ki, tərəflər Suriyanın keçid hökumətini təşkil edən üsyançılarla qarşılıqlı əlaqəni, həmçinin İran tərəfindən artan silah qaçaqmalçılığı təhlükəsini müzakirə ediblər.

İsrail və İordaniya hakimiyyət orqanları görüşü rəsmi olaraq təsdiqləməyib.

Bildirilir ki, İordaniya İsrail və ABŞ-nin Yaxın Şərqdə əsas hərbi və strateji müttəfiqidir və üsyançılarla, o cümlədən "Həyat Təhrir əş-Şam" terror qruplaşması ilə əsas əlaqə kanalı kimi çıxış edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru