Məcid Araz: İslam Respublikasının Suriyadakı məğlubiyyəti çox böyükdür, propaqanda ilə üstünü örtə bilməz

Dünən, 17:34           
Məcid Araz: İslam Respublikasının Suriyadakı məğlubiyyəti çox böyükdür, propaqanda ilə üstünü örtə bilməz
Siyasi fəal Məcid Araz Amerikanın Səsi ilə söhbətində Suriyada Bəşar Əsədin devrilməsindən sonra İran lideri Seyyid Əli Xameneyi və digər rəsmilərin açıqlamalarını dəyərləndirib.


Arazın sözlərinə görə, “İran rejimi ümumiyyətlə Suriya məsələsində bir şok və çaşbaşlıq yaşayır və hələ bu çaşbaşlığı həll edə bilməyib. Bu, özəlliklə də Xameneyinin son danışığında çox açıq bir şəkildə özünü göstərdi ki, bunlar hələ bilmir ki, öz tərəfdarlarına, öz bazalarına nə desinlər.”

Siyasi fəal İranın Sudiyadakı məğlubiyyətinin propaqanda ilə örtülməyəcək qədər böyük olduğunu deyir:

“Təbliğat məsələsəində artıq rejimin mızrağı çuvala sığmır. Məğlubiyyət o qədər böyükdür ki, onun üstünü heç bir təbliğat fəaliyyəti ilə örtə bilmir. Artıq öz tərəfdarları belə deyir ki, axı biz 15 il Suiyada bu qədər pul xərclədik, ölü verdik. Nə oldu bəs? İran rejimi bu dəfə təbliğat baxımından bir çöküşə uğrayıb”.
Ancaq İran mediası və İslam Respublikası rəsmilərinin açıqlamalarında Bəşar Əsəd və ordusunun müxalif qüvvələrə qarşı savaşa bilmədiyi önə çəkilərək İranın Suriyada məğlub olmadığı deyilir.

“Əsədin ordusunu, Əsədin özünü suçlayırlar. Nə bilim, Əsəd bizdən uzaqlaşmasa idi, Əsəd bizim sözümüzə baxsaydı. Halbuki, məsələ Əsədlik deyildik. Məsələ Əsədlik olsaydı, olay 10 il 12 il öncə bitib getmişdi. Olay bundan ibarətdir ki, Əsədi ayaqda tutan iki dövlətdən biri Rusiya Ukrayna bataqlağına saplandı. Məcbur qüvvələrini aldı götürdü Ukrayna savaşına. İran da Livan və Suriya sahəsində gücünü itirdi. İsrail vurdu Hizbullahı dağıtdı. Suriyada İranın infrastrukturunu dağıtdı və yenidən güc gətirməsinə izin vermədi. Əsəd tək qaldı. Əsəd elə 10 il öncə də tək olsaydı, işi o zaman bitərdi.”

Araz İranın bundan əvvəl vəkil güclərindən yararlanaraq rəqib dövlətlər ilə öz sərhədlərinin xaricində qarşılaşdığını önə çəkir, ancaq artıq hazırkı geosiyasi vəziyyətdə bu qarşılaşmaların İran ərazisində yaşanacağını vurğulayır.

Onun sözlərinə görə, “İran rejimi hər zaman çalışmışdı ki, topu rəqiblərinin sahəsində döndürsün ki, özü qol yeməyib qarşı tərəfə qol atsın. Bunu bir şəkildə müəyyən dərəcə bacarmışdı. Qarşı tərəflərin səhlənkarlıqları, ciddiyyə almamaqları, uğraşmaq istəməməkləri və bir çox başqa səbəbdən dolayı İran bunu bacarırdı. Suriyada oynayırdı, Yəməndə, Livanda oynayırdı... Amma mən düşünürəm ki, artıq top İran rejiminin sahəsindədir. Artıq İsrail və Amerika kimi oyunçular İran sahəsində oynayacaqlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.