HTŞ ona qarşı istifadə edilən milyardları hansı məntiqlə İrana geri qaytarmalıdır?

18-12-2024, 16:34           
HTŞ ona qarşı istifadə edilən milyardları hansı məntiqlə İrana geri qaytarmalıdır?
Suriyada cəmi 12 günün içində Əsəd rejiminin süqutu İran mühafizəkarları arasında şok effekti yaradıb, özlərinə gələ bilmirlər. Mühafizəkarlar illər boyu milyardlarla dolları İran vətəndaşlarının boğazlarından kəsib Əsəd rejiminin ayaqda durması üçün xərclədilər. Əsəd rejiminin süqutu ilə bu pulların havaya sovrulduğu anlaşıldı. İndi də mühafizəkarlara bağlı iranlı deputat deyir ki, Suriyanın yeni rejimi “30 milyard dollarımızı geri qaytarsın”. İran bu pulları Əsəd rejiminə ona görə verirdi ki, o “Heyəti Təhriri Şam” (HTŞ) kimi silahlı qruplarla mübarizə apara bilsin. HTŞ ona qarşı istifadə edilən milyardları hansı məntiqlə İrana geri qaytarmalıdır? Bəlkə də həmin pulun bir hissəsini Əsəd təyyarədə Moskvaya daşıyıb. Tehran pulunu Moskvada gizlənən Əsəddən istəməlidir. Ancaq həm Əsəd, həm də onun pulları artıq Kremlin girovluğundadır. İran vətəndaşları isə həmin deputatdan və onun kimi düşünənlərdən soruşa bilərlər ki, “bizə aid olan 30 milyardı niyə süquta uğrayan rejimə xərclədiniz?” İranda Əsəd rejiminin süqutuna sevininlər də az olmaz. Bu o insanlardır ki, tənqid etdikləri mühafizəkarlardan “Həmas”a, “Hizbullah”a, Əsədə xərclənən milyardların hesabını istəyəcəklər.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru