Heydər Əliyevin qızından maraqlı foto –Hillar Klintonla olan şəklini yaydı

4-10-2016, 15:51           

Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin qızı, hazırki prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın facebook səhifəsində maraqlı bir foto paylaşılıb.

Strateq.az xəbər verir ki, fotoda Sevil Əliyevanın atası Heydər Əliyevlə birgə ABŞ prezidenti Bill Klinton və onun xanımı Hillari Klintonla əksi yer alıb.

Heydər Əliyevin ABŞ-a səfəri ərəfəsində çəkilən bu fotonu Sevil Əliyeva bu il – avqust ayının 13-də facebook səhifəsinə yerləşdirib. Hazırda ABŞ prezidentliyi uğrunda demokratların namizədi xanım Hillar Klintonla respublikaçı namizəd Donald Tramp arasında qızğın yarışın getdiyini nəzərə alsaq, Sevil Əliyevanın bu yarışda kimə rəğbət bəslədiyini bilmək baxımından foto olduqca diqqətçəkəndir.

Xatırladaq ki, mərhum Heydər Əliyev ABŞ prezidenti Bill Klintonun dəvəti ilə 1997-ci ildə 27 iyul – 7 avqust aralığında ABŞ-da səfərdə olub və məhz bu səfər ABŞ-Azərbaycan münasibətlərinin qurulmasında zirvə hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru