Prezident fərman verdi,kommersiya sirrini əldə edəcək vəzifəli şəxslər müəyyənləşdi (Siyahı)
5-10-2016, 09:46
Prezident İlham Əliyev bu gün “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
teref.az xəbər verir ki, fərmana əsasən, “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı” təsdiq edilib.
Bundan başqa, “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 559; 2010, № 11, maddə 973; 2016, № 4, maddə 668), “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 357 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 973) və “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 aprel tarixli 863 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 668) Fərmanı ləğv edilib.
Prezidentin 2016-cı il 4 oktyabr tarixli fərmanı ilə təsdiq edilən kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı:
1. Azərbaycan Respublikasının vergilər naziri
2. Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini
3. Azərbaycan Respublikası vergilər nazirinin müavinləri
4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi
5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin rəisi
6. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi
7. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi
8. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi və operativ nəzarət idarəsinin rəisi
9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında departamentlərin rəisləri
10. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ərazi vergilər departamentlərinin, ərazi vergilər idarələrinin və rayon vergilər şöbələrinin rəisləri
11. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi.