Kremlin planı işə düşür: Bu ölkə parçalanır...

5-10-2016, 10:14           

Qondarma Dnestryanının lideri Yevgeni Şevçuk Moskvaya səfər edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Şevçukun mətbuat xidməti yayıb. Qondarma rejimin lideri Moskvada bir sıra rəsmilərlə görüşlər keçirməyi planlaşdırır.

Hələlik, Şevçuku Moskvada məhz kimlərin qəbul edəcəyi açıqlanmır.

Qeyd edək ki, Dnestryanı Moldova ərazisidir. 1992-ci ildə Rusiyanın aktiv dəstəyi ilə separatçılar Moldova mərkəzi hakimiyyətinə tabe olmaqdan imtina ediblər. Qondarma rejimin ərazisində indiyə qədər Rusiya hərbi bazası mövcuddur.

Dnestryanı bundan öncə Rusiyaya birləşmək istədiyini bəyan edib. Hətta bununla bağlı separat zonada yaxın bir neçə ay ərzində referendumun keçirilməsi də nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru