Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi və uşaq evlərində olub

6-10-2016, 09:16           

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xəzər rayonu Şağan qəsəbəsi 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub.

APA-nın məlumatına görə, Leyla Əliyeva burada uşaqların reabilitasiyası, asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılmış şəraitlə tanış olub.

Fondun vitse-prezidenti sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb, söhbət edib, onlarla birgə vaxt keçirib.Burada uşaqlar üçün hazırlanmış əyləncə proqramı təqdim edilib, həmçinin onlara Heydər Əliyev Fondunun hədiyyələri verilib.

Leyla Əliyeva daha sonra Nəsimi rayon 1 saylı körpələr evi və Nizami rayonunda yerləşən 1 saylı uşaq evində olub. Körpələr və uşaq evlərində tərbiyə alan uşaqlar asudə vaxtlarında onlar üçün tərtib olunmuş müxtəlif əyləncələrdə iştirak ediblər.

Qeyd edək ki, Heydər Əliyev Fondu sağlamlıq imkanları məhdud, həmçinin valideyn himayəsindən məhrum olan uşaqları daim diqqət mərkəzində saxlayır, onların hansı qayğıya, mənəvi dəstəyə ehtiyacı olması ilə maraqlanır, təlim-tərbiyələri, asudə vaxtlarının təşkilində iştirak edir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru