İlham Əliyev növbədənkənar prezident seçkisinə gedir - təfsilat

6-10-2016, 09:46           

Oktyabrın 21-də Mərkəzi Seçki Komissiyası (MSK) Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun yekun nəticələrini elan edəcək. Oktyabrın 22-də isə dövlət başçısı növbədənkənar prezident seçiksinin keçirilməsi ilə bağlı sərəncam imzalayır. Növbədənkənar prezident seçkisi dekabrın 22-ə nəzərdə tutulub. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbə məlumat verib.

Mənbənin məlumatına görə, artıq dairə və məntəqə seçki komissiyasının üzvlərinə ilkin seçki hazırlıqlarına başlamaq tapşırığı verilib: "Dekabrın sonuna qədər seçki komissiyalarının üzvlərinə iş başında olmaq tapşırığı verilib. Artıq ilkin hazırlıqlar başlayıb və MSK seçici siyahılarını bir daha dəqiqləşdirməklə məşğuldur".

Mənbənin bildirdiyinə görə, yeniləşmiş konstitusiya növbədənkənar prezident seçkisini zəruri və qaçılmaz edir: Sentyabrın 26-da səsverməyə çıxarılaan layihədə keçid müddəaları əksini tapmayıb. Əgər keçid müddəaları olsaydı və orada göstərilsəydi ki, "yeniləşmiş konstitusiya səlahiyyətləri indiki konstitusiya ilə seçilmiş prezidentə də şamil edilir", onda növbədəkənar prezident seçkisinə ehtiyac qalmazdı. Ona görə də referendumdan sonra hazırkı dövlət başçısı yeni səlahiyyətlərinin icrasına başlaya başlaya bilməz. Məsələn, yeniləşmiş konstitusiyada nəzərdə tutulan vitse-prezidentlik institutunun yaradılması ilə bağlı fərman verə bilməz. Bu səlahiyyət referendumdan sonra seçiləcək prezidentə məxsus olacaq. Ona görə də növbədənkənar prezident seçkisi vacibdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru