“Bakıda 40 min erməni yaşayır” - İtaliya mətbuatı

6-10-2016, 13:21           
“Bakıda 40 min erməni yaşayır” - İtaliya mətbuatı
İtaliyanın nüfuzlu “Il Giornale” qəzetinin xüsusi buraxılışı olan “Gli Occhi della Guerra”da jurnalist Matteo Karnielettonun Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdan aldığı müsahibə əsasında hazırladığı “Dağlıq Qarabağdan heç vaxt imtina etməyəcəyik” adlı məqaləsi dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə 1992-ci ildə Ermənistan tərəfindən işğal olunmuş Şuşa şəhərinin icra başçısı Bayram Səfərovun işğal zamanı yaşadığı, gördüyü faciələrdən söz açılıb.

Həmçinin, Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsi xatırladılıb və münaqişənin qeyd olunan qətnamələr əsasında çoxdan həllini tapmalı olduğu bildirilib. Azərbaycanın sülh yolu və diplomatik vasitələrlə münaqişənin həllinə çalışdığı, bununla belə öz ərazilərini geri qaytarmaq üçün digər bütün vasitələrdən istifadə edə biləcəyi də vurğulanıb.

Diqqət çəkən məqamlardan biri də budur ki, məqalədə münaqişənin etnik zəmində baş vermədiyi, hazırda Azərbaycanda 40 min erməninin dinc şəraitdə yaşaması faktının bunu təsdiqlədiyi qeyd olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.