ABŞ səfiri ona görə öldürüldü ki... – Unikal şərh
7-10-2016, 10:29
Müasir ekstremist qruplaşmalar islam dünyasının qloballaşmaya reaksiyası şəklində meydana çıxıb.
Axar.az xəbər verir ki, bunu “Din terrorizmə qarşı” konfransında çıxışı zamanı rusiyalı politoloq Aleksey Vasilyev söyləyib. Onun sözlərinə görə, İŞİD müasir dövrün çətin suallarına sadə cavablar verir:
“Cavablar göstərir ki, bu ideologiya və təşkilat hazırkı qloballaşmanın qanunsuz övladıdır. Daha dəqiq desək, qloballaşma Qərb formasında və Qərb metodları ilə aparılır. Əgər müsəlman sivilizasiyasının dərin dəyərlərinə əks olan qloballaşma silah yolu ilə aparılırsa, o zaman buna qarşı mübarizə olur. Buna misal kimi ABŞ-ın Liviyadakı səfirinin vəhşicəsinə öldürülməsini göstərmək olar. Bu cinayətin əsl səbəbi təkcə ABŞ-a qarşı nifrət yox, həmçinin Amerika vətəndaşı tərəfindən homoseksualizmin açıq-aşkar təbliğatına qarşı idi. Klinton o zaman bəyan etdi ki, biz belə istəyirik, bu bizim dəyərlərimizdir. Əgər islam dünyası eynicinsli nikahları inkar edirsə, bu onların öz işləridir. Bunun üçün metodlar hazırlamaq səmərəsizdir.
ABŞ güc yolu ilə İraqa girdi. Onlar “biz demokratiyanın nümunəsini yaradacağıq” dedilər. Bəs bunun sonunda nə baş verdi?”