Tramp Maskın rəhbərlik etdiyi agentliyə xüsusi səlahiyyətlər verdi

13-02-2025, 11:27           
Tramp Maskın rəhbərlik etdiyi agentliyə xüsusi səlahiyyətlər verdi
ABŞ Prezidenti Donald Tramp federal agentliklərdən dövlət qulluqçularını işə götürmə və işdən azad etmə siyasətlərini İlon Maskın rəhbərlik etdiyi Hökumət Səmərəliliyi Departamenti (DOGE) ilə əlaqələndirmələrini tələb edən fərman imzalayıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam Ağ Evin saytında dərc olunub.

Sənədin mətninə əsasən, federal qurumların rəhbərləri DOGE nümayəndələri ilə birlikdə öz işçilərinin sayını azaltmaq üçün plan hazırlamalıdırlar. Fərmanla müəyyən edilmiş plana əsasən, işdən azad edilən dörd işçinin yerinə, bir yeni işçi işə qəbul oluna bilər.

Yeni işçilərin işə qəbulu ilə bağlı qərarlar rəhbərlər tərəfindən DOGE nümayəndələri ilə məsləhətləşərək qəbul edilməlidir.

Qeyd olunur ki, DOGE əməkdaşları artıq ABŞ-nin 19 federal agentliyində ixtisar ediləcək proqramların müəyyən edilməsi üçün işə başlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru