“Qarabağ məsələsi həll olunmadan Türkiyə ilə Ermənistan barışsa biz xoşbəxt olarıq” – Sergey Lavrov

15-10-2016, 19:58           
“Qarabağ məsələsi həll olunmadan Türkiyə ilə Ermənistan barışsa biz xoşbəxt olarıq” – Sergey Lavrov
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əsas məqam olacaq”.

Azərbaycan 24 “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Əgər birdən Ermənistan və Türkiyə Qarabağ münaqişəsi ilə bağlı olmadan razılaşmaların yerinə yetirilməsinə başlasa, biz yalnız xoşbəxt olarıq. Ancaq hiss edirik ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş əsas məqam olacaq”, – deyə S.Lavrov jurnalistlərə bildirib.

Rusiyalı nazir Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya biləcəyini mühüm amil kimi qələmə verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru