Kürd dəstələrini Türkiyə idarə edir...

21-10-2016, 10:53           
Kürd dəstələrini Türkiyə idarə edir...
Türkiyə dolayı da olsa, Mosul əməliyyatlarında iştirak edir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert hesab edir ki, Mosulda gedən müharibədən birbaşa qaçanların yenidən Rakka və Hələbə, yəni Suriyaya yığışması bölgədə çox ciddi problemlərə yol aça bilər:

“Bu gün Mosulda gedən əməliyyatlarda hər bir dövlət öz məram və məqsədindən çıxış edir. Türkiyə dolayı da olsa, Mosul əməliyyatlarında iştirak edir. Çünki kürd peşmərgə dəstələri birbaşa Türkiyə tərəfindən idarə olunur. Qərb də məhz buna görə Ankaranın prosesdə iştirakına mənfi baxır. Mosul ətrafındakı bütün kəndlərin hər birinin öz marağı var. Belə ki, kürd peşmərgələri İŞİD tərəfindən zəbt edilən ərazilərində, xristianlar və digər etnik qruplar isə öz kəndlərini terrorçulardan azad etdikdən sonra o ərazilərdə cəmləşəcəklər. Hələ ki, hər hansı bir dövlətin Suriyaya konkret quru müdaxiləsi yoxdur. Mosul 2014-cü ildə heç bir müharibəsiz İŞİD-ə təhvil verilib. Məhz Qərbin birbaşa göstərişilə İraq qoşunları Mosuldan çıxdıqdan sonra İŞİD Rakka və Hələbə nəzarət edir”.

Politoloq bildirib ki, proseslərin bu şəkildə inkişafı Mosuldan çıxan İŞİD dəstələrinin əvvəlcə Suriyada, sonra isə Rakkada güclənəcəyini göstərir:

“Belə olan halda Rusiya proseslərə seyrçi qalmayacaq. Xüsusilə də maraqlı dövlətlərin inhisarında olan terrorçu qruplar öz paylarını götürmək və təbii sərvətlərin bölünməsi yolunda siyasi rəqiblərini üstələmək üçün böyük müharibəyə başlayacaqlar. Nəticədə Suriyada vətəndaş müharibəsi daha da alovlanacaq. Əməliyyatların Hələbdə davam etdirilməsi isə bölgədə ikinci bir Əfqanıstan cəbhəsini qaçılmaz edəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.