Problemli kreditlərlə bağlı qərar veriləcək- PA-DA SON MÜZAKİRƏLƏR GEDİR

22-10-2016, 09:18           
Problemli kreditlərlə bağlı qərar veriləcək- PA-DA SON MÜZAKİRƏLƏR GEDİR
Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda bank sektorunun problemli aktivlərini “bir dam altında” birləşdirməyi planlaşdırır.
Gununsesi.info-nun məlumatına görə, bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
R. Aslanlı qeyd edib ki, hökumət artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılmasını müzakirə edir:
“Müvafiq hesabat artıq Azərbaycan Prezidenti Administrasiyasına təqdim edilib. Maliyyə Sabitliyi Şurası artıq bunun üzərində çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul olunacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru