İnsan alverinə qarşı qabaqlayıcı tədbirlərə dair yekun hesabat

24-10-2016, 14:19           

“Təmiz Dünya” Qadınlara Yardım ictiami Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Labirintdən çıxış” insan alverinə qarşı mübarizə istiqamətində tədbirlər və eyniadlı sosial çarxın çəkilməsi layihəsi başa çatdı. Layihənin ümumi büdcəsi 12000.00 AZN təşkil etmişdir. Layihənin müddəti altı ay (5 may 2016-cı il - 5 noyabr 2016-cı il) olmuşdur.Layihə çərçivəsində aşağıdakı fəaliyyətlər nəzərdə tutulmuşdu.
1. Layihə ilə bağlı ictimaiyyətin mütamadi məlumatlandırılması –üzrə layihənin gedişatına dair müxtəlif KİV-lərdə 65 məlumat yayılmışdır. KİV də məlumatların ümumi oxunma sayı 47 470 nəfəri əhatə etmişdir.
2. insan alveri və potensial qurbanları üçün sığınacaqda yaşayan sakinlərin reabilitasiyası həyata keçirilmişdir. Layihə müddətinə sığınacaqda 186 nəfər reabilitasiya prosesində iştirak etmişdir. Reabilitasiya prosesində sığınacaq sakinlərinin hüquqi, psixoloji, tibbi, əmək fəaliyyəti ilə məşğuliyyəti və uşaqların tibbi, təhsil problemləri, o cümlədən qida və geyim təmin edilmişdir.
3. İnsan alveri və potensial qurbanları üçün sığınacaqda yaşayan skinlərin reabilitasiyası prosesində kicik sahibkarlıq kursları təşkil edilmişdir. “Biznesini qur-Lider ol”, “Biznes necə yaranır”, “Biznesdə əsas məqsəd", “Biznes qurulmasına ilkin addımlar”, “Biznes planının hazırlanması”, “Marketinq planı” mövzuları müzakirə edilmişdir. Layihə çərçivəsində altı seminarın keçirilmiş, ekspertlər Nəzakət Balabəyova, Xankişi Xankişiyev və hüquqi aspektlərlə bağlı Ağamirzə Bağırov təıimi keçmişdir. Seminarda iştirakçıların sayı 201 nəfər olmuşdur. İştirakçılara layihə çərçivəsində hazırlanmış 400 ədəd “Labirintdən çıxış.... İnsan alverinin qarşısını birgə alaq” mövzusunda bukletlər paylanmışdır.
4. İnsan alveri qurbanlarının iqtisadi imkanlarını gücləndirmək məqsədi ilə prkatik peşə bacarıqları artırılmışdır- 186 nəfər sığınacaq sakini üçün kulinariya üzrə praktiki təcrübələr keçirilmişdir.
5. insan alveri ilə mübarizədə qabaqlayıcı tədbir məqsədi ilə iki sosial reklam carx cəkilmişdir. Sosial çarxların biri uşaq istisamrına dair xəbərdarlıq, ikincisi ilə insan alveri qurbanları üçün 152 nömrəli Qaynar xətt xidmətinə dair olmuşdur.
https://www.youtube.com/watch?v=pqijXTk21RE
https://www.youtube.com/watch?v=v5ONMm1_ASc
Layihə insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün nəzərdə tutulan Milli Fəaliyyət Planına dəstək məqsədi daşıyırdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.