Meloni və Zelenski Trampın Ukrayna ilə bağlı sülh səylərini dəstəkləyiblər

Bu gün, 11:54           
Meloni və Zelenski Trampın Ukrayna ilə bağlı sülh səylərini dəstəkləyiblər
İtaliyanın Baş naziri Giorgio Meloni Romada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə hökumətin "Çigi" sarayı məlumat yayıb.

Vurğulanıb ki, tərəflər Rusiya ilə Ukrayna arasında sülhün əldə olunmasını müzakirə ediblər.

“Görüş zamanı liderlər ABŞ Prezidenti Donald Trampın Ukraynada təhlükəsizlik, suverenlik və azad gələcəyi təmin edə biləcək ədalətli və davamlı sülhə nail olmaq səylərini dəstəklədiklərini bir daha bəyan ediblər”, - bəyanatda deyilir.

İtaliyanın Baş naziri dərhal və qeyd-şərtsiz atəşkəs əldə olunmasının vacibliyini, eləcə də sülh prosesinə başlamaq üçün Rusiyanın konkret öhdəliklər götürməsinin vacibliyini vurğulayıb.

"Baş nazir Ukraynanın dərhal atəşkəsə tam hazır olmasını alqışlayıb. İndi Rusiyanın da sülhə hazır olduğunu konkret nümayiş etdirməsi gözlənilir", - məlumatda bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.