Tramp Zelenskiyə qarşı tələblərindən birini ləğv edir

1-05-2025, 16:44           
Tramp Zelenskiyə qarşı tələblərindən birini ləğv edir
ABŞ prezidenti Donald Tramp Rusiya ilə sülh sazişi çərçivəsində Ukraynada seçkilərin keçirilməsi şərtini geri götürəcək.
Bu barədə “The Telegraph” məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp sülh üçün Ukrayna prezidenti Vladimir Zelenskidən seçkilərin keçirilməsini tələb etməyəcək.

Bu güzəşt avropalı diplomatlarda şübhələrə səbəb olub, çünki ABŞ eyni zamanda digər sahələrdə Kiyevə təzyiqləri artırır.

Ukraynanın Baş naziri Denis Şmıxal bəyan edib ki, Kiyev və Vaşinqton yaxın vaxtlarda mineral ehtiyatlara dair sazişi imzalayacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru