Suriya ABŞ-ın İsraillə bağlı təklifini rədd etdi

2-05-2025, 09:14           
Suriya ABŞ-ın İsraillə bağlı təklifini rədd etdi
ABŞ İsraillə normallaşma qarşılığında Suriya hökumətinə sanksiyaların ləğvini təklif etsə də, Dəməşq bu təklifi qəbul etməyib.

TEREF Teleqraf-a istinadən xəbər verir ki, Suriya Prezidenti Əhməd əş-Şaranın amerikalı həmkarı Donald Trampa göndərdiyi cavab məktubunda “İbrahim sazişləri”nə qoşularaq İsraillə normallaşma təklifini qəbul edə bilməyəcəkləri vurğulanıb. Suriya rəhbəri ölkə ərazisində İsrail işğalının davam etdiyi müddətdə bunun mümkün olmayacağını bildirib.

Məktubda Dəməşqin heç bir tərəfə təhlükə yaratmayan Suriya qurmağa davam etmək əzmində olduğu qeyd olunub.

Suriya administrasiyası həmçinin bəyan edib ki, ABŞ-ın xarici silahlılarla bağlı tələbləri Vaşinqtonla hərtərəfli məsləhətləşmə tələb edir.

Xatırladaq ki, ABŞ bundan əvvəl Suriyaya əcnəbi silahlıların ölkədən (və ya ordu sıralarından) çıxarılması, İsraillə münasibətlərin normallaşdırılması və digər məsələlərin həlli müqabilində sanksiyaların yumşaldılması təklifini vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru