OPEK Azərbaycan və daha 11 qeyri-üzv ölkəni Vyanadakı görüşə dəvət edib

26-10-2016, 01:15           
OPEK Azərbaycan və daha 11 qeyri-üzv ölkəni Vyanadakı görüşə dəvət edib
OPEK təşkilata üzv olmayan 12 ölkəyə oktyabrın 29-da Vyanada keçiriləcək görüşdə iştirak etmək üçün dəvət göndərib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı Venesuelanın neft naziri Euloxio del Pino məlumat verib.

"Biz Rusiya, Azərbaycan, Qazaxıstan, Oman, Misir, Bəhreyn, Kolumbiya, Meksika, Trinidad və Tobaqo, Boliviya, Norveç və Kanadanı dəvət etmişik", — deyə nazir jurnalistlərə bildirib.
Euloxio del Pino hələ ki, təkcə Rusiya və Qazaxıstanın dəvətə müsbət cavab verdiyini əlavə edib.

Del Pino, həmçinin qeyd edib ki, oktyabrın 28-də OPEK ölkələri nümayəndələrinin görüşü keçiriləck, 29-da isə digər dövlətlərin təmsilçiləri onlara qoşulacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru