Siyasilər ABŞ-nda keçirdilən seçkiləri səfirlikdən canlı izləyəcəklər

26-10-2016, 13:48           
Siyasilər ABŞ-nda keçirdilən seçkiləri səfirlikdən canlı izləyəcəklər
Amerikanın Azərbaycandakı səfirliyi noyabrın 8-də keçiriləcək seçkiləri "online" rejimində izləmək üçün siyasi partiyalara dəvət göndərib.

BakiPost.az daxil olan məlumata görə, səfirlik hər siyasi partiyadan 10 nəfərə qədər təmsilçi istəyib.

Səfirlik xəbəri təsdiqləyib. BakiPost.az-ın məsələ ilə bağlı ünvanlandığı sorğuya belə cavab verilib: "Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri zamanı səfirlik ənənəvi olaraq seçkilərin nəticələrini canlı izləmək üçün Azərbaycan cəmiyyətinin geniş spektrumundan olan əlaqələrimiz üçün "Seçkiləri İzlə” adlı tədbir təşkil edir. Bu ilki tədbirə də yüzlərlə insanın qatılacağını güman edirik”.

Qeyd edək ki, ABŞ-da noyabrın 8-də keçiriləcək seçkilərin əsas namizədləri Demokratlar partiyasından Hillari Klinton və Respublikaçı Donald Trampdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.