"İqtisadiyyatın reallığı neftin qiymətinin 50 dollar olmasına əsaslanıb" - Leyla Məmmədzadə

26-10-2016, 13:51           
"İqtisadiyyatın reallığı neftin qiymətinin 50 dollar olmasına əsaslanıb" - Leyla Məmmədzadə
"Yaxın bir neçə il ərzində neftin 1 barrelinin qiyməti 50 dollar olacaq və qlobal iqtisadiyyatın reallığı buna əsaslanıb". "APA-Economics" xəbər verir ki, bunu "Summa" şirkətlər qrupunun icraçı direktoru Leyla Məmmədzadə bildirib.

L. Məmmədzadə düşünür ki, neftin qiymətində ciddi volatillik gözlənilmir. "Buna baxmayaraq, proqnozlaşdıra bilərik ki, yaxın perspektivdə qiymət enəcək", - deyə icraçı direktor bildirib.

O əlavə edib ki, "qara qızıl"ın ucuzlaşması Rusiyada neft layihələrinə yatırılan investisiyaların həcminin azalmasına səbəb olub: "İnvestorlar neft kotirovkalarının gələcəyindən əmin deyillər. Bununla yanaşı, neftin təkrar emalına yatırımlar artır. Amma investisiyaların həcmi qənaətbəxş deyil".

L. Məmmədzadə əlavə edib ki, neftin qiyməti 50 dolları ötən kimi, ABŞ-da şist neft istehsalçıları fəaliyyətini aktivləşdirir.

Qeyd edək ki, L. Məmmədzadə Bakıda anadan olub və Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Həmyerlimiz "Royal Dutch Shell", "Hulliburton", BP və s. kimi neft şirkətlərində çalışıb.

Bunun ardınca L. Məmmədzadə "PuffPoint" restoranlar şəbəkəsini qurub.

Artıq bir neçə ildir ki, o "Summa" şirkətlər qrupunun icraçı direktorudur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.