Avropa İttifaqı üzvləri ABŞ-yə qarşı polad, alüminium, avtomobil və avtomobil hissələri, təyyarələr, quş əti, soya, burbon və portağal şirəsi üçün cavab tarifləri tətbiq edəcək. TEREF Teleqraf-a istinadla xəbər verir ki, qərar avqustun 7-də qüvvəyə minəcək.
O da bildirilir ki, Amerika prezidenti avqustun 1-nə qədər niyyətindən əl çəksə, o zaman Avropa sanksiyalar tətbiq etməyəcək.
Qərarın əleyhinə səs verən yalnız Macarıstan olub.