Ruslar bizimkiləri əzir: GÜNAHKAR UKRAYNADIR... - Kremlin BAŞI QAÇIB...

Dünən, 17:38           
Ruslar bizimkiləri əzir: GÜNAHKAR UKRAYNADIR... - Kremlin BAŞI QAÇIB...
Ukrayna Rusiya ilə Azərbaycan arasında mövcud fikir ayrılıqlarından faydalanmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Mariya Zaxarovanın sözlərinə görə, Ukrayna etnik nifaq və düşmənçilik yaratmaq üçün Rusiya Federasiyası ilə Azərbaycan arasında mövcud fikir ayrılıqlarından istifadə edir.

Zaxarovanın sözlərindən belə çıxır ki, Rusiyanın az qala bütün şəhərlərində azərbaycanlılara qarşı amansız polis zorakılığını Ukrayna törədirmiş.

Qeyd edək ki, daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov iki ölkə arasında qarşılıqlı hörmət prinsipləri üzərində qurulmuş möhkəm təməlin, ümumi maraqların və qarşılıqlı faydalı tərəfdaşlığın mövcud olduğunu qeyd etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru