“Yevda Abramovda fakt varsa, açıqlasın” - YAP-ÇI DEPUTAT RUSİYANIN GİZLİ "NAMİZƏDİ"NƏ HƏM İNANIR, HƏM DƏ...

11-04-2017, 17:16           
“Yevda Abramovda fakt varsa, açıqlasın” - YAP-ÇI DEPUTAT RUSİYANIN GİZLİ "NAMİZƏDİ"NƏ HƏM İNANIR, HƏM DƏ...
YAP-çı yəhudi əsilli deputat Yevda Abramovun 2018-ci ildə Rusiyanın Azərbaycanda keçiriləcək prezident seçkilərinə gizli namizəd hazırlaması ilə bağlı yerli mediaya verdiyi açıqlama ciddi rezonansa səbəb olub.
Məslənin aktuallığını nəzərər alaraq, digər YAP-cı deputat Musa Quliyevə müraciət etdik.
Millət vəkili Gununsesi.info-ya açıqlamasında Rusiyanın belə bir hərəkət edəcəyinə inanmasa da, həmin ölkədə hansısa qüvvələrin Azərbaycanda növbəti prezident seçkilərində belə planı həyata keçirməyə cəhd edəcəyini də istisna etməyib:

“İlk olaraq onu deyim ki, mən Rusiyanın Azərbaycana qarşı belə bir plan hazırlayacağnı düşünmürəm. Çünki Rusiya Azərbaycana dost, qonşu ölkədir və ölkə başçısı Vladimir Putinlə İlham Əliyevin çox səmimi dostluq münasibətləri var. İki ölkə arasında çox səmimi və yüksək səviyyədə siyasi münasibətlər qurulub. O baxımdan da, mən Rusiyanın belə bir plan hazırlayacağı ilə bağlı səslənən fikirlərə inanmıram. Axı, nə üçün də gizli namizəd hazırlamalıdır?!”.
Millət vəkili hesab edir ki, Rusiya dövlətinin rəhbərlərindən başqa bu ölkədə digər alt qruplar və müxtəlif qüvvələr var ki, onların belə bir planı ola bilər və belə hallar istisna deyil.

“Rusiyada elə alt qüvvələr ola bilər ki, onlar bu cür təxribat xarakterli hərəkətlərə yol verə bilər. Ancaq mənim əlimdə belə bir fakt yoxdur. Əgər Yevda müəllimdə belə bir fakt varsa, açıqlasın. Çünki Yevda müəlim yetərincə cəsarətli insandır. Bir daha təkrar edirəm ki, Rusiyanın dövləti rəhbərliyi səviyyəsində belə bir planın olduğunu ağlıma belə gətirmirəm və deyilənlərə də o qədər inanmıram. Ona görə ki, bu gün Rusiyanın özünün yetərincə problemi var və başı bu rpoblemlərin həllinə qatışıb: İstər Ukrayna və Qərblə olan qarşıdurması, istər daxildəki müxalifətlə bağlı və sair. Belə bir vəziyyətdə Rusiyanın Azərbaycanla münasibətlərinin gərginləşdirilməsi inandırıcı görünmür. Ancaq hansısa qüvvə Azərbaycanla Rusiya arasındakı münasibətləri gərginləşdirmək üçün belə oyun hazırlaya bilər”- deyə,millət vəkili vurğulayıb.
2018-ci il prezident seçkilərinə gəldikdə M. Quliyev deyib ki, hələ seçkilərə xeyli zaman var və indidən seçkilərdən danışmaq tezdir.
“Əgər əvvəllər istər Qərbdən, istərəsə də Şimaldan Azərbaycanda keçirilən seçkilərə müdaxilə halları rast gəlinirdisə, artıq on ildən artıqdır belə hallara rast gəlinmir. Azərbaycan xeyli güclənib və hansısa xarici qüvvəyə onun daxili proseslərinə müdaxiləsinə imkan vermir. İndiki şəratidə Azərbaycana hansısa xarici müdaxilə mümkün deyil”– deyə, o, bildirib.

“Növbəti prezident seçkilərində, 2013-cü ildə olduğu kimi, Rusiyanın yeni “Rüstəm İbrahimbəyovları” ola bilərmi” sualına cavabında isə M. Quliyev deyib ki, belə bir planın olacağına inanmasa da, istisna da etmir:
“Ancaq bir daha təkrar edirəm, Rusiyada müxtəli qüvvələr mövcuddur və hər hansı alt qüvvə belə bir plana əl ata bilər. Bu qüvvələr belə bir planı burada həyata keçirə bilməz. Bu, mümkün olan şey deyil”.
Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinin qadağan olunması ilə bağlı məsələyə gəlincə, millət vəkili deyib ki, bu, həqiqətən də ciddi məsələdir və onları da narahat edir.
“Ancaq ümid edirəm ki, bu məsələ hüquqi müstəvidə öz müsbət həllini tapacaq”- deyə, M. Quliyev bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.