Yunanıstan baş naziri Aleksis Sipras Putinlə telefon danışığı aparmağa hazırlaşır. Avropa.info xəbər verir ki, dünən Yunanıstanda keçirilən referendumdan sonra bu Siprasın ilk telefon danışığı olacaq. Yunanların Avropa kreditorlarının borclarının ödənilməsi qərarına “yox” deməsindən sonra Sipras yeni kreditlər almaq üçün Putinə müraciət etməyi düşünür.
Məsələyə münasibət bildirən Kreml mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya Yunanıstana pul yardımı edə bilər. Ancaq yunan baş nazir pulu öz dili ilə istəməlidir.