Qarabağ qazisi Cəfərov Tofiq Urustam oğlunun hüquqlarını Müdafiə Komitəsi prezident İlham Əliyevə müraciət etdi - MÜRACİƏT

24-05-2017, 09:54           
Qarabağ qazisi Cəfərov  Tofiq Urustam oğlunun  hüquqlarını Müdafiə Komitəsi prezident İlham Əliyevə müraciət etdi - MÜRACİƏT
Azərbaycan Respublikasının Prezidenti
İlham Əlieyev cənablarına
Sürəti: Azərbaycan Respublikasının 1-ci Vitse
Prezidenti Mehriban xanım Əliyevaya
Sürəti:Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə
Sürəti:Azərbaycan Resoublikasının Kütləvi İnformasiya Vasitələrinə

Qarabağ Müharibəsi Qazisi Cəfərov Tofiq Urustam oğlunun hüquqlarını Müdafiə Komitəsinin

MÜRACİƏTİ
Cənab Prezident!
Müdafiə komitəsi olaraq sizə müraciət edirik və bildiririk ki, 3 aya yaxındır ki, soydaşımız, həmçinin döyüş yoldaşımız Qarabağ Müharibəsinin Qazisi Cəfərov Tofiq Urustan oğlu İran İslam Respublikasının ticarətlə məşğul olmaq məqsədilə qonaq getdikləri Təbriz şəhərində xüsusi təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən ( sonradan məlum olmuşdur) heç bir səbəb, sübut və dəlil olmadan həbs olunmuşdur. Onu da bildiririk ki, həbs olunan vaxt sayı 3 nəfər olan Azərbaycan vətəndaşlarından Qarabağ qazisi olan Musayev Tofiq allahyar oğlu 45 gün sonra, Mehdiyev Vüqar Ağış oğlu isə 3 gün sonra azad edilmişdir. Bu müddətdə onlar fiziki və mənəvi işgəncələrə məruz qalmışlar. Dəfələrlə AR-nın Xarici İşlər Nazirliyi ilə əlaqə yaradılmışdır. Baş vermiş hadisə haqqında məlumat verilmiş, Xarici İşlər Nazirliyinin 2 dəfə İİR-na nota verməsinə baxmayaraq nəticə alınmamışdır. Həmçinin, İİR-nın Bakıdakı səfirliyi və konsulluğu ilə, İrandakı Azərbaycan Respublikasının Səfirliyi ilə əlaqə qurulmuş, nəticə isə alınmamışdır. Bütün bunları nəzərə alaraq, Qarabağ Qazisi Cəfərov Tofiq Urustam oğlunun hüquqlarını müdafiə etmək üçün 14 may 2017-ci il tarixdə Müdafiə Komitəsi yaradılmışdır.
Müdafiə Komitəsi olaraq İİR-na bəyan edirik ki, Azərbaycan Respublikasının vətandaşlarının konstitusion hüquqları, Beynəlxalq hüquq normaları çərçivəsində qorunur və Müdafiə olunur. Soydaşımız və döyüş yoldaşımıza qarşı edilən mənəvi, fiziki işgəncələrə və bü günə qədər səbəb olmadan saxlanılmasına qarşı minlərlə Azərbaycan vətandaşları və qaziləri imza toplama kompaniyasına başlamışdır. İİR-nın təhlükəsizlik xidmətinin Azərbaycan Vətəndaşlarına qarşı olan bu cür münasibətləri iki dövlət arasında qonşuluq, dostluq və qardaşlıq münasibətlərinə xələl gətirir və biz bunu pisləyirik. Vəziyyət bu cürə gərgin davam edə bilməz. Bununla əlaqədar, Müdafiə Komitəsi mövcud vəziyyəti nəzərə alaraq, İİR-nın Bakıdakı səfirliyinə və konsulluğuna həmçinin İİR-nın Xarici İşlər Nazirliyinə, Dövlət qurumlarına bəyan edərək, Bəyanətla çıxış edir və tələb edir:
Qarabağ Qazisi Cəfərov Tofiq Urustan oğlu dərhal Azadlığa buraxılsın!
Cənab prezident və Ali Baş komandan!
AR vətəndaşlarının konstitusion hüquq və azadlıqları vardır və AR Prezidenti Azərbaycan vətəndaşlarının qarantıdır.
Müdafiə komitəsi olaraq, soydaşımızı və qazi qardaşımızı azad etmək üçün mümkün olan hüquq normaları çərçivəsində bütün vasitələrdən istifadə etmişik.
Müraciətmizlə Sizdən xahiş edirik ki, Prezident səlahiyyətinizdən istifadə edərək soydaşımızın azadlığa buraxılmasına köməklik göstərəsiniz.

Qarabağ qazisi Cəfərov Tofiq Urustam oğlunun
hüquqlarını Müdafiə Komitəsi.

Bakı şəhəri
22.05.2017












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.