“FSB” rəhbəri “Qarabağ Respublikası” ifadəsini işlədib?

24-07-2017, 09:56           
“FSB” rəhbəri “Qarabağ Respublikası” ifadəsini işlədib?
Bu haqda Moskvada erməni politoloq və jurnalistlər danışır...


“Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov açıqlamalarından birində “Qarabağ Respublikası” ifadəsini işlədib. Bu, Azərbaycana ünvanlanmış mesaj ola bilərmi?”

Moderator.az erməni mediasına istinadla yazır ki, ötən cümə axşamı - iyulun 20-də Moskvadakı“Sputnik-Armeniya” klubunda erməni jurnalistlər bu sualı Rusiyanın tanınmış politoloqu hesab edilən, tarix elmləri doktoru Andranik Miqranyana ünvanlayıblar.

Erməni siyasətşünas suala belə cavab verib:

”Təbii ki, siyasətdə ifadələr, rəmzlər xüsusi rol oynayır. Və çox zaman bu cür mesajlar şüurlu şəkildə göndərilir. Ancaq mən Bortnikovun həmin ifadəni konkret hansı kontekstdə işlətdiyini bilmirəm... 1984-cü ildə ABŞ prezidenti Reyqan erməni soyqırımını tanıdı. Ancaq sonra dedilər ki, o qocalıb və hərdən dövlətləri biri-biri ilə səhv salır. Hesab edirəm ki. Bortnikov nüfuzlu, ciddi adamdır. Ancaq nəyi nəzərdə tutduğunu bilmədiymdən məsələyə konkret qiymət də verə bilmərəm...”

P.S. Azərbaycan prezidenti İ.Əliyevin rusiyalı həmkarı V.Putinlə iyulun 21-dəki Soçi görüşü ərəfəsində Kremlin kifayət qədər ciddi fiqurunun guya “Qarabağ Respublikası” ifadəsi işlətməsi adi məsələ deyil. Hər halda Rusiya mediasında FTX rəhbərinin belə bir ifadə işlətməsi haqda xəbərə rast gəlinmir. O da maraqlıdır ki, bəs əgər FTX sədri A.Bortnikov belə bir ifadə işlətməyibsə, o halda nədən artıq 4-cü gündür KİV-də hallanan bu məsələyə rəsmi münasibət bildirilmir? Yoxsa Moskva erməni jurnalist və politoloqların dili ilə Azərbaycana mesaj ötürür?..

P.S.S. Azərbaycanın rəsmi orqanlarının və mediasının sözügedən mövzuda doğru cavab ala biləcəyi ilk ünvan Rusiyanın Azərbaycandakı səfirliyidir. Sualın dürüst cavabını Rusiya səfiri tapa bilər...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.