Hökumət yanacaqla bağlı qərar verdi - Gömrük və rüsumundan azad olundu
6-11-2017, 21:06
Nazirlər Kabineti "TS-1” markalı reaktiv mühərriklər üçün yanacağın Azərbaycana idxalının gömrük rüsumlarından azad edilməsi müddətini 31 yanvar 2018-ci ilədək uzadıb.
teref.az Nazirlər Kabinetindən aldığı məlumata görə, bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə reaktiv mühərriklər üçün yanacağın idxalına aksiz dərəcələri 31 yanvar 2018-ci ilədək bir ton üçün 80 manatdan 1 manatadək azaldılıb.