Ketrin Rey: “Avropa İttifaqı etirazlarla əlaqədar İran rəhbərliyi ilə təmasdadır”
2-01-2018, 10:24
Avropa İttifaqı İranda baş verən etirazlarla əlaqədar bu ölkənin rəhbərliyi ilə daim təmasdadır.
APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerininin rəsmi nümayəndəsi Ketrin Rey özünün “Tvitter” səhifəsində yazıb.
“Son hadisələrlə əlaqədar İran rəhbərliyi ilə təmasdayıq. Biz vəziyyəti izləməyə davam edəcəyik”, Aİ rəsmisi yazıb.
Qeyd edək ki, dekabrın 28-dən etibarən İranın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. İğtişaşlar nəticəsində azı 10 nəfər ölüb, saxlanılanlar var.