Əziz Əzizov Kərəm Həsənovun buyruqlarını yerinə yetirir - yoxsa DÖVLƏT BAŞÇISININ?

18-08-2015, 14:22           
Əziz Əzizov Kərəm Həsənovun buyruqlarını yerinə yetirir - yoxsa DÖVLƏT BAŞÇISININ?
Xəbər verildiyi kimi, Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavinlərindən biri vəzifəsindən kənarlaşdırılıb.
"Report"un məlumatına görə, RİH başçısının birinci müavini Asif Əzizov işdən çıxarılıb. RİH başçısının birinci müavini postuna hələ ki, təyinat olmayıb.
Əziz Əzizov Kərəm Həsənovun buyruqlarını yerinə yetirir
Musavat.com Asif Əsədovun nəyə görə vəzifədən çıxarılması barədə eksklüziv xəbərlər əldə edib. Mötəbər mənbələrdən redaksiyamıza daxil olan xəbərdə bildirilir ki, prezident İlham Əliyevin ötən həftə Cəlilabada gelməsindən bir güm əvvəl Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov rayona gəlib, abadlıq işlərinin normal getmədiyini görüb. K.Həsənov əsəbiləşib və işçiləri danlayıb. Bu zaman o, RİH başçısının birinci müavini A.Əzizovu camaatın yanında küçə söyüşləri ilə söyüb. Əzizov isə söyüşləri artıqlaması ilə K.Həsənova qaytarıb.

Buna görə də Cəlilabadda A.Əzizovun işdən nəyə görə kənarlaşdırılması heç kəsə sirr deyil, hamı bilir ki, onun torbasını Kərəm Həsənov tikib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.