Terrorçular bu texnologiyaları əldə ediblər - Lavrovdan ŞOK BƏYANAT

19-01-2018, 00:15           

Suriyada və İraqda kimyəvi terrorizmin artan təhlükəsi ciddi narahatçılıq yaradır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

Nazir bu təhlükənin xüsusilə, İraq və Suriyada daha ciddi olduğunu vurğulayıb.

“Terrorçular yalnız kimyəvi silahları tətbiq etmirlər, onlar həm də bu silahların hazırlanması üzrə texnologiyaları əldə ediblər”, - Rusiya xarici siyasət idarəsinin başçısı söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru